“Lufthansa” aviaşirkətində tətil dalğası yeni həftədə də davam edəcək. Kabin heyətinin birgünlük tətilindən sonra bu dəfə pilotların ikigünlük tətili elan olunub.
“İki sahil” xəbər verir ki, pilotların həmkarlar ittifaqı təşkilatı “Kokpit ittifaqı” aprelin 13-14-də tətil elan edib. “Lufthansa”nın əsas, eləcə də “Eurowings”, “Lufthansa CityLine”, “Lufthansa Cargo” kimi bir sıra törəmə şirkətlərini də əhatə edəcək tətilin aprelin 13-də saat 00:01-dən aprelin 14-də saat 23:59-dək davam etməsi nəzərdə tutulur.
Həmkarlar ittifaqının əsas tələbi korporativ pensiya təminatının yaxşılaşdırılması və əməkhaqqının artırılmasıdır.
Yaxın Şərqdə mövcud vəziyyət nəzərə alınaraq, tətil Almaniyadan Azərbaycan, Misir, Bəhreyn, İraq, İsrail, Yəmən, İordaniya, Qətər, Küveyt, Livan, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirilən uçuşlara təsir etməyəcək.
Xatırladaq ki, ötən gün “Lufthansa”nın kabin heyətinin tətili nəticəsində yüzlərlə reys ləğv olunmuşdu.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir