Nyu-Yorkun Mərkəzi vağzalında maçeteli kişi metro sərnişinlərinə hücum edib.
“İki sahil” xəbər verir ki, bu barədə "The New York Post" qəzeti yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, hücum edən şəxs üç nəfəri - 85 yaşlı kişi, 70 yaşlı qadın və 65 yaşlı kişini yaralayıb. Həmçinin iki polis əməkdaşı xəsarət alıb. Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Hücum edən şəxs müqavimət göstərməyə cəhd edərkən polislər tərəfindən güllələnib. Onun şəxsiyyəti müəyyən edilməyib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir