İran və ABŞ nümayəndə heyətləri arasında İslamabadda keçirilən danışıqlar daha bir gün uzadıla bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" agentliyinin müxbiri danışıqların keçirildiyi yerdən məlumat yayıb.
Dəqiqləşdirilib ki, bu məsələ üzrə yekun qərar hələ qəbul edilməyib.
"Ümumi məsləhətləşmələrdən sonra İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar texniki detalların müzakirəsi ilə davam edib. Danışıqların bir gün üçün planlaşdırılmasına baxmayaraq, ekspertlər səviyyəsindəki müzakirələr üçün onların daha bir gün uzadılması ehtimalı var", - məlumatda qeyd olunub.
"Reuters" Pakistan mənbəsinə istinadən qeyd edib ki, danışıqlar iki saat davam edib, bundan sonra nümayəndə heyətləri fasiləyə çıxıb. Agentlik qeyd edib ki, ABŞ-ın Vitse-prezidenti Cey Di Vens, xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşner İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf, XİN rəhbəri Abbas Əraqçi və Pakistan ordusunun qərargah rəisi Asim Munirlə birbaşa danışıqlar aparırlar.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir