11 aprel 2026 19:37
147

Tokayev və Mirziyoyev ticarət-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı razılığa gəlib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Buxarada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə qeyri-rəsmi görüş keçirib.

“İki sahil” “Akorda”nın mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçıları nadir torpaq metallarının hasilatı və emalı, tranzit-nəqliyyat, su-energetika, eləcə də İT sektorunda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Qazaxıstan üçün Özbəkistan etibarlı strateji tərəfdaşdır. Ölkələrimiz arasında heç bir ziddiyyət və fikir ayrılığı yoxdur. İmzalanmış sazişlər və razılaşmalar ardıcıl olaraq həyata keçirilir", - deyə Tokayev bildirib.

“Əminəm ki, bugünkü açıq və səmimi görüşümüz qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmunla zənginləşməsinə, konkret praktiki nəticələrin əldə olunmasına və regional əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək”, - deyə Mirziyoyev vurğulayıb.

Danışıqların yekunlarına əsasən, prezidentlər ticarət-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı iki ölkə hökumətləri arasında yol xəritəsinin qəbul edilməsini razılaşdırıblar.