Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadın ABŞ və İran arasındakı danışıqlarda bundan sonra da vasitəçi qismində çıxış etməyə hazır olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanası onun şənbə günü İslamabadda İran nümayəndə heyətinin təmsilçiləri ilə danışıqlarının yekunlarına əsasən yaydığı məlumatda vurğulayıb.
"Baş nazir Şahbaz Şərif İranın İslamabad danışıqlarında iştirakına görə minnətdarlıq edib. O, regional və qlobal sülhün, eləcə də sabitliyin əldə olunmasına təkan vermək üçün Pakistanın vasitəçi rolunun icrasına davam etmək istəyini təsdiqləyib", - məlumatda qeyd edilib.
Vurğulanıb ki, görüş Pakistan tərəfindən xarici işlər naziri Məhəmməd İshaq Dar, ordunun qərargah rəisi Seyid Asim Münir, həmçinin daxili işlər naziri Seyid Möhsin Raza Nəqvinin iştirakı ilə keçirilib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir