11 aprel 2026 17:20
108

Ərzurumda zəncirvari avtoqəzada biri uşaq olmaqla iki nəfər ölüb

Türkiyənin Ərzurum əyalətinin Aşkale rayonunda iki sərnişin avtobusu, iki tır və kiçik yük maşınının iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.

“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla iki nəfər həyatını itirib, 9 nəfər yaralanıb.

Bildirilib ki, hadisə yerinə polis və xilasedicilər cəlb edilib, yaralılar xəstəxanaya çatdırılıb.