Xüsusilə qonşu regionlardakı münaqişələr nəzərə alınmaqla Cənubi Qafqaz sülhün möhkəmləndirilməsinə ehtiyac duyur.
“İki sahil” xəbər verir ki, bunu Ermənistan tərəfindən "Sülh körpüsü" təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının sədri Areq Koçinyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünün yekunlarına dair Qəbələdə keçirilən mətbuat konfransında bildirib.
"Bu gün biz elə bir dünyada yaşayırıq ki, münaqişələr eyni vaxtda bir neçə regionda baş verir. Bu, Cənubi Qafqazın ətrafında bir növ "atəş halqası" formalaşdırır və regionumuzda dayanıqlı sülhə ehtiyacı gücləndirir", - o bildirib.
A.Koçinyan vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi qətiyyətli addımlar tələb edir:
"Biz anlayırıq ki, nə geosiyasi vəziyyət, nə də regionun özü bizə bu prosesi uzatmağa imkan vermir".
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir