11 aprel 2026 11:24
114

CNN: Vens ABŞ və İran danışıqlarının təşkilində əsas rol oynayıb

ABŞ-niın vitse-prezidenti Cey Di Vens aprelin 11-nə İslamabadda (Pakistan) planlaşdırılan Vaşinqton və Tehran arasında danışıqların təşkilində əsas rol oynayıb.

“İki sahil” xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Onun dəyərləndirməsinə görə, atəşkəs rejiminin möhkəmləndirilməsi üçün bir neçə günlük danışıqlar tələb olunacaq.

"Bununla yanaşı, Pakistan hakimiyyəti bu məqsədə nail olmağa kömək etmək üçün Vensi ölkədə daha uzun müddət qalmağa razı salmağa ümid edir", - mənbə yazıb.