10 aprel 2026 23:18
118

KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibafın "X" sosial şəbəkə hesabında İranın danışıqlarla bağlı paylaşımından sonra neftin qiyməti artıb.

“İki sahil” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki,hazırda WTI markalı neftin qiyməti bir barel üçün 99,6 ABŞ dollarına çatıb və bu, ötən günlə müqayisədə 1,16 dollar çoxdur.

"Brent" neftinin qiyməti də 1,13 dollar artaraq bir barel üçün 97,67 dollara yüksəlib.

Qeyd edək ki, Qalibaf tərəflər arasında qarşılıqlı razılaşdırılmış məsələlərdən ikisinin hələ də həyata keçirilmədiyini qeyd edib:

"Livanda atəşkəs və danışıqlar başlamazdan əvvəl İranın bloklanmış aktivlərinin azad edilməsi. Bu iki məsələ danışıqlar başlamazdan əvvəl yerinə yetirilməlidir".