10 aprel 2026 14:58
135

London Rusiya nefti daşıyan tankerləri niyə saxlamır?

Böyük Britaniya beynəlxalq hüququ pozmaqla bağlı narahatlıqlarına görə Rusiya nefti daşıyan tankerləri ələ keçirmir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Telegraph" mənbələrə istinadla məlumat yayıb.

Qəzet qeyd edir ki, Kral Dəniz Qüvvələri sanksiya tətbiq edilən bir ədəd də olsun Rusiya tankerini ələ keçirməyib.

Qəzetin məlumatına görə, Baş prokuror Riçard Hermerin rəyi gəmiləri ələ keçirməyə imkan verir, lakin hər bir əməliyyat üçün ciddi hüquqi əsaslandırma tələb edir.

Xüsusilə, konkret bir gəminin Britaniya sanksiyalarından yayınmağa çalışdığını sübut etmək lazımdır ki, bu da bu cür hərəkətləri xeyli çətinləşdirir.