10 aprel 2026 11:06
179

Kreml ABŞ və Ukrayna ilə Pasxa atəşkəsini əvvəlcədən müzakirə etməyib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, 11-12 aprel tarixlərində Pravoslav Pasxa bayramını qeyd etmək üçün atəşkəs elan edilməsi Ukrayna və ya ABŞ ilə əvvəlcədən müzakirə olunmayıb.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

"Xeyr", Peskov Pasxa atəşkəsinin danışıqların bərpası ilə əlaqəli olub-olmadığı və bunun ABŞ və ya Ukrayna ilə əvvəlcədən müzakirə edilib-edilmədiyi ilə bağlı suala cavab olaraq bildirib.

9 aprel axşamı Rusiya prezidenti Vladimir Putin 11 aprel saat 16:00-dan 12 aprel günün sonuna qədər Pasxa atəşkəsi elan edib.