Aprelin 7-də saat 16:00 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 15 nəfər (2-si kişi, 13-ü qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.
"Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.
Bu ilin 10 ayında əlilliyi olan 130 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib
Xəzərin Azərbaycan sahilboyu ərazilərinin idarə edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunub