Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev qarşıdan gələn hökumətlərarası təmaslar fonunda ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında bildirilib.
"Hərtərəfli Rusiya-Azərbaycan əlaqələrinin və müttəfiqlik fəaliyyətinin daha da möhkəmləndirilməsi, eləcə də Cənubi Qafqaz və Xəzər regionunda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın inkişafı məqsədilə səmərəli birgə fəaliyyətin davam etdirilməsinə dair qarşılıqlı marağın olduğu qeyd olunub", - məlumatda vurğulanıb.
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib