8 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha arasında telefon danışığı aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Qeyd edilib ki, telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib