Yaxın Şərqdə davam edən münaqişə Yaponiyanın avtomobil sənayesinə mənfi təsir göstərib.
“İki sahil” Sinxua agentliyinə istinadla xəbər verir ki, əsas xammal olan naftanın idxalının azalması və daşınmalardakı fasilələr istehsal xərclərini yüksəldib, ehtiyat hissələrinin istehsalını məhdudlaşdırıb. Mart ayında Yaponiyanın neft məhsulları idxalı təxminən 30 faiz azalıb. Məlumata görə, xammal çatışmazlığı plastik komponentlərin istehsalına təsir edib, təkər istehsalı üçün vacib materialların qiymətləri isə kəskin artıb. Bu isə avtomobil istehsalçılarının mənfəətini azaldaraq qlobal rəqabət qabiliyyətini zəiflədir. Bildirilir ki, daşınmalardakı problemlər səbəbindən bir sıra şirkətlər Yaxın Şərq bazarı üçün istehsalı azaldıb və ya dayandırıb.
Qeyd edək ki, mütəxəssislər vəziyyətin gələcək inkişafını qiymətləndirməyin hələ tez olduğunu bildirirlər.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq