2026-cı ildə Özbəkistan ilə ABŞ arasında müştərək investisiya platformasının fəaliyyətə başlaması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva bildirib.
S. Mirziyoyeva ABŞ-nin Beynəlxalq Maliyyə İnkişaf Korporasiyasının (DFC) baş direktoru Ben Blek ilə keçirdiyi görüşdə genişmiqyaslı layihələr portfelinin müzakirə olunduğunu qeyd edib.
Razılaşmaya əsasən, DFC amerikalı investorların Özbəkistan bazarına cəlb edilməsinə dəstək verəcək və mümkün maliyyə risklərini bölüşəcək.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq