Çin ABŞ və İran arasında müvəqqəti atəşkəsin əldə olunmasına töhfə verib.
“İki sahil” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, Pekin Tehranı atəşkəsə razı salmaq üçün İran tərəfi ilə birbaşa təmaslar aparıb. Çin nümayəndələrinin atəşkəs prosesini asanlaşdırmaq məqsədilə İran hakimiyyəti ilə əlaqə saxladığı bildirilir.
Agentliyin yazdığına görə, Çin ilkin mərhələdə İslamabad, Ankara və Qahirə də daxil olmaqla bir sıra vasitəçilər üzərindən diplomatik səylər göstərməyə çalışıb.
Putin: Rusiya və Qazaxıstan terminalların buraxılış qabiliyyətinin artırılması istiqamətində iş aparır
Paşinyanla Makron Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar