ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və Cared Kuşnerin İslamabadda keçirilməsi planlaşdırılan İranla sülh danışıqlarında iştirakı gözlənilir.
“İki sahil” xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasının rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ–İran danışıqları Pakistan nümayəndələrinin vasitəçiliyi ilə İslamabadda keçirilə bilər. Bildirilir ki, hazırda Macarıstanda səfərdə olan Vensin proqramına bu görüş əlavə oluna bilər.
Xatırladaq ki, Pakistanın Baş naziri Şahbaz Şərif aprelin 10-da İran və ABŞ nümayəndə heyətlərini danışıqlar üçün İslamabada dəvət edib.