Ombudsman Aparatında Qazaxıstanın bir qrup dövlət qulluqçusu, Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantları üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən təşkil olunan təlim-təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Ombudsman Aparatının şöbə müdirləri Aynur Həmidova və Lamiyə Zeynalova, sektor müdirləri Raidə Əmirbəyova və Aytən Tarverdiyeva Azərbaycan Ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyəti barədə qonaqlara ətraflı məlumat veriblər. İştirakçılar Müvəkkilin Milli Preventiv Mexanizm mandatı, əlilliyi olan şəxslərin və uşaqların hüquqlarının müdafiəsi, informasiya əldə etmək hüququnun təmini istiqamətində görülən işlər, bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması istiqamətlərində həyata keçirdiyi müstəqil monitorinq mexanizminin funksiyaları barədə məlumatlandırılıb.
Daha sonra Ombudsman Aparatı tərəfindən informasiya əldə etmək hüququnun təmini ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub, eləcə də iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Vəkillər Kollegiyasının sədri yeni təyin olunan hakimlər üçün icbari tədris keçib
Vətən Müharibəsi Şəhidi Əliyev İmran Əli oğlunun doğum günündə əziz xatirəsi yad edildi
Emin Əmrullayev Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi ilə tanış olub
Azərbaycan və Türkiyənin Baş prokurorları Bakı Dövlət Universitetində mühazirə oxuyublar