04 aprel 2026 09:33
441

Daşkəsəndə ağacəkmə aksiyası keçirilib

Daşkəsən rayonunun Xoşbulaq kəndində və Yuxarı Daşkəsən qəsəbəsində “Azərbaycan Respublikasında 2026-ci ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı "Tədbirlər Planı”na uyğun olaraq ağacəkmə aksiyası təşkil olunub.

“İki sahil” xəbər verir ki, aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı (RİH) Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, çoxsaylı YAP fəalları, könüllü gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində yerli iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib, aqrotexniki qulluq göstərilib.

RİH başçısı Orxan Abbasov aksiya zamanı bildirib ki, Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi ölkəmizdə hərtərəfli yeniləşmə və tərəqqi prosesinə növbəti töhfədir: "Bu amillər şəhərlərin simasına yeni çalarlar gətirəcək, tarixi memarlıq irsinin qorunub inkişaf etdirilməsində mühüm mərhələ olacaqdır. Cari il ərzində Daşkəsəndə həyata keçiriləcək müxtəlif tədbirlər rayonda ətraf mühitin sağlamlaşdırılmasına və yaşayış mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir".