04 aprel 2026 21:36
118

Səudiyyə Ərəbistanı polisi külli miqdarda narkotik həb müsadirə edib

Səudiyyə Ərəbistanının Ciddə limanında 2 milyon 916 min 180 ədəd psixotrop təsirli kaptaqon həbinin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

“İki sahil” “əl-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, psixotrop həblər Ciddə limanına gətirilən “Şi yağı” bağlamalarının içərisində gizlədilib. Keçirilmiş əməliyyat nəticəsində yükü qəbul edən iki şəxs həbs edilib.