Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Badminton Federasiyası parabadmintonun inkişafı üçün əməkdaşlığı genişləndirir.
“İki sahil” xəbər verir ki, verilən məlumata görə, komitə ilə federasiya arasında əməkdaşlıq qaqqında anlaşma memorandumu imzalanıb. Hər iki qurum rəsmiləri arasında memorandum ilə bağlı görüş keçirilib. Görüş zamanı parabadminton üzrə əldə olunan uğurların davam etdirilməsi və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib. Memoranduma əsasən, tərəflər ölkədə parabadmintonun inkişafı, əlilliyi olan şəxslərin bu idman növünə cəlb olunması, kütləviliyin artırılması və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, memorandumu komitənin baş katibi Toğrul Rəhimov və federasiyanın baş katibi Əjdər Cəfərov imzalayıblar.
Kamandan oxatma üzrə Bakı şəhər kubokunun I mərhələsinin rəsmi açılış mərasimi baş tutub
Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb - Rövşən Nəcəf