03 aprel 2026 11:52
137

YAP Nizami rayon təşkilatının gəncləri və fəalları Autizm Mərkəzində olublar - FOTO

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gəncləri və fəalları 2 aprel - Dünya Autizm Məlumatlandırma Günü münasibətilə “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, ziyarətçilər Autizm mərkəzində yaradılan şəraitlə tanış olublar, eləcə də inklüziv məşğulluq modeli, autizmli gənclərin cəmiyyətə inteqrasiyasına dəstək verən təşəbbüslər barədə informasiya alıblar. Onlara dövlət tərəfindən autizmli şəxslərin cəmiyyətə tam inteqrasiyası üzrə həyata keçirilən davamlı tədbirlər, inklüziv təhsilinin inkişafı və həyat keyfiyyətinin yüksəldilməsi üzrə aparılan məqsədyönlü fəaliyyət haqqında geniş məlumat verilib. Xüsusilə də, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən sağlamlıq imkanları məhdud, eyni zamanda, autizmli uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan, Heydər Əliyev Fondu tərəfindən bu sahədə həyata keçirilən layihələrdən bəhs edilib və minnətdarlıq ifadə olunub.

Partiya fəalları və gəncləri ziyarət çərçivəsidə Azərbaycanın ilk inklüziv məkanlarından olan “Kaşalata” kafenin də fəaliyyəti ilə yaxından tanış olub, burada peşə bacarıqlarını inkişaf etdirən autizmli gənclərin gündəlik iş mühiti ilə maraqlanıblar. Məlumat verilib ki, “Kaşalata” kafe autizmli gənclərin əmək bazarına qoşulması üçün mühüm platformadır.

Sonda mərkəzdəki uşaqlarla görüş olub, xatirə şəkli çəkdirilib.