Naxçıvan Muxtar Respublikasında bıçaqlanma hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Kəngərli rayonunun Qarabağlar kəndində qeydə alınıb. 1971-ci il təvəllüdlü İbrahim Əli oğlu Əliyev həyat yoldaşı, 1973-cü il təvəllüdlü Adilə Sabir qızı Ağayevanı və baldızı, 1977-ci il təvəllüdlü Ruhiyə Sabir qızı Quliyevanı bıçaqlayıb. Yaralanan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparır.