02 aprel 2026 23:12
94

Ermənistanda poliqonda partlayış baş verib

Ermənistan Müdafiə Nazirliyinin Armavir bölgəsinin Baqramyan icmasında yerləşən təlim poliqonunda partlayış baş verib.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsində 29 yaşlı hərbçi həlak olub, 39 yaşlı digər hərbçi isə yaralanaraq hərbi hospitala yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Ölən və yaralananın şəxsiyyəti, eləcə də hadisənin baş vermə səbəbləri müəyyən edilir.