02 aprel 2026 15:12
122

Peşəkar Çövkən Liqasında 3-cü turun oyunları sabah keçiriləcək

Peşəkar Çövkən Liqasının 2026-cı il mövsümündə 3-cü turun oyunlarına sabah start veriləcək.

“İki sahil” xəbər verir ki, turun mərkəzi oyununda ilk iki matçı qələbə ilə başa vurmuş “Embawood” və çempionluğa iddialı “Sərhədçi” komandaları qarşılaşacaqlar. Oyun saat 13.00-da start götürəcək. Günün ilk oyunu isə saat 12.00-da “Şamaxı” və “Buta Golden” klubları arasında baş tutacaq. Tura şənbə günü keçiriləcək 3 oyunla yekun vurulacaq. Saat 12.00-da güclünü “Zəfər” və “Xəzər” komandaları ayırd edəcəklər. Ardınca “Ömər” – “Polad” və “Elit” – “Atilla” oyunları nəzərdə tutulub.

2 turdan sonra 4 komanda: “Polad”, “Sərhədçi”, “Elit” və “Embawood” mütləq nəticə ilə turnir cədvəlinə başçılıq edirlər.

“Polad” klubunun oyunçusu Şəfayət Budaqov 8 topla bombardirlər siyahısında birincidir. “Sərhədçi”nin üzvü Vahid Məmmədov 6, onun komanda yoldaşı İbrahim Rzalı isə 5 qol vurub.

Əlavə edək ki, yarışlar Binə Atçılıq Mərkəzində keçirilir.