ABŞ kəşfiyyatı hesab edir ki, İran Vaşinqtonla hərbi əməliyyatların dayandırılması ilə bağlı tam diplomatik dialoqda maraqlı deyil.
“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" qəzeti rəsmilərə istinadla məlumat yayıb.
"Son günlər ABŞ-nin bir neçə kəşfiyyat qurumu İran rəhbərliyinin bu mərhələdə ABŞ-İsrail hərbi əməliyyatlarının sona çatması ilə bağlı məzmunlu danışıqlara başlamaq istəyini nümayiş etdirmədiyi qənaətinə gəlib", - nəşr qeyd edib.
Qiymətləndirmələrə əsasən, İran rəhbərliyi mövcud münaqişədəki mövqeyinin möhkəmliyinə əmindir və özünü ABŞ tərəfindən irəli sürülən diplomatik şərtləri qəbul etməyə borclu saymır.
Vurğulanır ki, Tehran rabitə kanallarını saxlamaq istəyini ifadə edib, lakin Amerika tərəfinə etibar etmir və ABŞ prezidenti Donald Trampın danışıqlar prosesi ilə bağlı niyyətlərinin ciddiliyinə şübhə edir.