01 aprel 2026 21:55
122

Alimlər elektron siqaretlərin ölümcül risklərini aşkarlayıb

Veyplər (elektron siqaretlər) insanda ağ ciyər və ağız boşluğunun xərçənginə yol aça bilər.

“İki sahil” xəbər verir ki, Yeni Cənubi Uels Universitetindən olan (Avstraliya) alimlərin araşdırmaların nəticələri “Carcinogenesis” adlı elmi dərgidə nəşr olunub.

Alimlər bu istiqamətdə aparılmış 100-dən çox tədqiqatın nəticələrini təhlil ediblər.

Veyplər 2000-ci illərin əvvəllərində meydana çıxıb. Marketoloqlar onları ənənəvi siqaret çəkməyə nisbətən daha təhlükəsiz və az qoxulu alternativ kimi təqdim edirdilər. Bu cihazlar nikotin tərkibli mayeni qızdıraraq buxara çevirir və istifadəçilər həmin buxarı tənəffüs edirlər.

Ekspertlər elektron siqaretlərin mümkün zərərləri barədə xəbərdarlıq etsələr də, konkret sübutlar mövcud deyildi. Çox vaxt onlar veyp istifadəsini adi siqaretlə müqayisə edir və ya veyp istifadəçilərinin xərçəngə tutulma riskinin yüksək ola biləcəyini güman edirdilər, çünki bu şəxslər tez-tez adi siqaret də çəkirlər.

Yeni tədqiqatın müəllifləri isə məhz veyplərə fokuslanaraq adi siqaretlərin təsirini istisna ediblər. Onlar yalnız veyp istifadəçilərinə həsr olunmuş tədqiqatları seçib təhlil ediblər və həm elektron, həm də adi siqaret çəkən şəxsləri əhatə edən araşdırmaları nəzərə almayıblar.