Finlandiya Prezidenti Aleksandr Stubb və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı NATO ilə bağlı məsələləri müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Stubb "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"ABŞ Prezidenti Donald Trampla konstruktiv telefon danışığım oldu. Biz NATO, Ukrayna və İrandakı vəziyyət barədə fikir mübadiləsi apardıq. Problemlərin həllini birlikdə axtarmaq vacibdir", - o yazıb.
Kuşner: Ukrayna münaqişəsinin davamlı həlli üçün təhlükəsizlik zəmanətləri vacibdir
Ukrayna, ABŞ və Avropa nümayəndələri münaqişənin tənzimlənməsini müzakirə ediblər