01 aprel 2026 17:09
96

Tramp: İran atəşkəs üçün ABŞ-yə müraciət edib

İran atəşkəs üçün ABŞ-yə müraciət edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün sosial şəbəkə səhifələrində yazıb.

Onun sözlərinə görə, İranın yeni rəhbərləri sələflərindən "xeyli ağıllıdırlar".

"İndicə İran ABŞ-dən atəşkəs istəyib. Hörmüz boğazı açıq, azad və təhlükəsiz olduqda biz bunu nəzərdən keçirəcəyik. O vaxta qədər biz İranı məhv edir, necə deyərlər, daş dövrünə qaytarırıq", - ABŞ lideri yazıb.