Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukraynaya 45 milyard avro vəsait ayrılmasını təklif edib. Bu məbləğ ümumilikdə 90 milyard avroluq maliyyə paketinin bir hissəsi kimi nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Məlumata görə, sözügedən vəsaitin bir hissəsi əvvəllər Macarıstan və Slovakiya tərəfindən bloklanmış maliyyə çərçivəsinə daxildir. Təklifə əsasən, 45 milyard avro 2026-cı ilin sonuna qədər Ukraynada, xüsusilə pilotsuz texnologiyaların inkişafına yönəldiləcək. Qalan vəsaitin isə növbəti il ərzində ayrılması planlaşdırılır.
Avropa Komissiyasının nümayəndəsi B.Uyvari bildirib ki, bu addım “ilkin maliyyələşdirmə” xarakteri daşıyır və əsas kredit tam təsdiqlənməmişdən əvvəl həyata keçirilə bilər.