01 aprel 2026 13:16
81

Tramp Britaniyanın hərbi-dəniz donanmasının olmadığını iddia edib

ABŞ prezidenti Donald Trump Böyük Britaniyanın silahlı qüvvələrinin zəiflədiyini və ölkənin faktiki olaraq döyüş qabiliyyətli hərbi gəmilərdən məhrum olduğunu bəyan edib.

“İki sahil” xəbər verir ki,  bu barədə The Telegraph nəşri məlumat yayıb.

Məlumata görə, Trampın bu açıqlamasına səbəb Londonun Yaxın Şərqdə İran əleyhinə mümkün hərbi əməliyyatlarda iştirak etmək üçün öz gəmilərini göndərməkdən imtina etməsi olub.

ABŞ lideri jurnalistlərlə söhbəti zamanı Böyük Britaniyanın baş naziri Keir Starmeri də ayrıca tənqid edib. Tramp müttəfiq ölkənin ordusunun texniki vəziyyətini acınacaqlı adlandıraraq, hərbi texnikanın nasazlığı səbəbindən ciddi döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətinin zəif olduğunu vurğulayıb.