31 mart 2026 16:15
113

Fransa bu addımları ilə İrana kömək göstərib - Tramp

Fransa İsrailə gedən ABŞ təyyarələrinin öz ərazisi üzərindən uçmasına icazə verməyib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Fransa hərbi yüklərlə İsrailə yollanan ABŞ təyyarələrinin öz ərazisi üzərindən uçmasına icazə vermədi", - D.Tramp qeyd edib.

Onun sözlərinə görə, Fransa bu addımları ilə İrana kömək göstərib.

D.Tramp, həmçinin qeyd edib ki, ABŞ bunu unutmayacaq.