31 mart 2026 23:37
94

Rusiyanın itkiləri açıqlandı - 1497-ci gün

Ukrayna müharibənin 1497-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 297 670 hərbçi, 11 826 ədəd tank, 24 324 ədəd zirehli döyüş maşını, 39 110 ədəd artilleriya sistemi, 1 709 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 338 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 350 ədəd helikopter, 86 160 ədəd avtomobil texnikası, 86 359 ədəd PUA, 4 491 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 105 xüsusi avadanlıq itirib.