31 mart 2026 15:32
111

İsrail bu ərazilərdə bufer zonası yaradacaq

İsrailin radikal "Hizbullah" qruplaşmasına qarşı əməliyyatı səbəbindən təxliyə edilən Livanın cənub hissəsinin təxminən 600 min sakini İsrailin şimal hissəsinin təhlükəsizliyi tam təmin olunana qədər öz evlərinə qayıda bilməyəcəklər.

“İki sahil” "Sky News"a istinadla xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats deyib.

Onun sözlərinə görə, İsrail bu ərazidə bufer zonası yaradacaq və Litani çayına qədər olan ərazi üzərində nəzarəti saxlayacaq.

Daha əvvəl İsrail tərəfi artıq İsrail-Livan sərhədindən təxminən 30 km şimalda axan Litani çayına qədər olan bufer zonasına nəzarət etmək niyyətində olduğunu bildirmişdi.