İsrail Knesseti (parlamenti) terrorçular üçün ölüm hökmünün tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir məlumat verib.
"Tarix yazıldı! Söz verdik - yerinə yetirdik. Terrorçular üçün ölüm hökmü İsrail dövlətinin qanun kitabına əlavə edildi", - deyə o əlavə edib.
Dövlət televiziyası "Kan"ın məlumatına görə, hökm asılmaqla icra ediləcək.
Qanun layihəsi, həlledici üçüncü oxunuşda 120 yerlik Knessetin 62 üzvünün dəstəyini qazanıb. Baş nazir Benyamin Netanyahu və digərləri qanunun lehinə səs verib. Parlamentin qırx səkkiz üzvü isə tədbirin əleyhinə səs verib.