30 mart 2026 23:35
99

İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır

İran Parlamentinin Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik və Beynəlxalq Siyasət Komitəsi Hörmüz boğazından keçən gəmilərə tarif tətbiq etmək planını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat verib.

Boğazda gəmiçiliyin tənzimlənməsi ilə bağlı yeni plana həmçinin ABŞ, İsrail və ya əvvəllər İrana qarşı birtərəfli sanksiyalar tətbiq etmiş ölkələrlə əlaqəli gəmilərin keçidinə qadağa qoyulması da daxildir.

Rüsumların İran rialı ilə ödənilməli olduğu göstərilir.