Fransada martın 31-də müəllimlərin ümummilli tətili planlaşdırılır. Bir neçə həmkarlar ittifaqını birləşdirən qurumun çağırışı ilə keçiriləcək aksiya məktəblərdə 4000-dən çox iş yerinin ixtisarına və siniflərin bağlanmasına etiraz məqsədi daşıyır.
“İki sahil” xəbər verir ki, həmkarlar ittifaqlarının əsas tələbləri iş yerlərinin ixtisarı və maliyyə resurslarının çatışmazlığı ilə bağlıdır. Onların fikrincə, müvafiq qərarlar siniflərin daha da sıxlaşmasına, müəllim çatışmazlığına və əlilliyi olan şagirdlərə dəstəyin zəifləməsinə gətirib çıxaracaq.
Hökumət isə bu addımları ölkədə şagirdlərin sayının azalması ilə əsaslandırır.