30 mart 2026 18:54
129

Ərdoğan Özgür Özeli məhkəməyə verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın, CHP sədri Özgür Özelə qarşı Kuşadası mitinqindəki ifafələrinə görə 500.000 Türk Lirəsi mənəvi təzminat iddiası qaldırıldığını və "Prezidenti təhqir etmək" maddəsi ilə cinayət işi açıldığını açıqlayıb.

İki sahil” xəbər verir ki, vəkil Aydın sosial media hesabında yaydığı məlumatda Özelin mitinqdə Prezident Ərdoğanı hədəf alan "uyğunsuz ifadələr" və "əsassız ittihamlar" işlətdiyini bildirib.

Aydın qeyd edib ki, bu açıqlamalara görə Ankara Birinci İnstansiya Mülki Məhkəməsində 500.000 TL mənəvi təzminat iddiası qaldırılıb.

Hüquqi tədbirlərin yalnız kompensasiya iddiası ilə məhdudlaşmadığını bildirən Aydın, Özgür Özelin "Prezidenti təhqir etmək" cinayətini törətdiyinə görə Ankara Baş Prokurorluğuna da cinayət şikayəti verildiyini bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”