29 mart 2026 21:17
113

Stolüstü tennisçilərdən Avrasiya Liqasında uğurlu çıxış

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Aktobe şəhərində təşkil olunan Avrasiya Liqası yarışında inamla çıxış ediblər. “İki sahil” xəbər verir ki, gənclərdən ibarət seçmənin baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə mübarizəyə qatılan Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadədən ibarət komanda ilk turun 6 görüşündən 5-də qələbə qazanıb. Yalnız bir oyunda uduzan Azərbaycan komandası ümumi nəticələrə əsasən yarış cədvəlinin ikinci pilləsində qərarlaşıb. Avrasiya Liqasının növbəti turunun görüşləri 28-31 may tarixlərində keçiriləcək.  
Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komanda anoloji yarışda debüt edib. 8 oyundan 7-də qələbə qazanan Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət kollektiv də ilk turun nəticələrinə əsasən ikinci pillədə qərarlaşıb.