29 mart 2026 09:56
121

Tehranda bir neçə güclü partlayış baş verib

İran paytaxtında bir sıra güclü partlayışlar baş verib. Onlardan bir neçəsi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid obyektlərin yaxınlığında qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Tehranın cənubunda iki partlayış baş verib, həmçinin şəhərin qərb hissəsində güclü partlayışlar eşidilib.

Hücum nəticəsində dəyən ziyan və ya mümkün itkilər barədə hələlik məlumat yoxdur.