29 mart 2026 09:03
112

Pentaqon İranda həftələrlə davam edəcək quru əməliyyatlara hazırlaşır

Pentaqon İranda həftələrlə davam edəcək quru əməliyyatlara hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə "Washington Post" qəzeti Amerika rəsmilərinə istinadla məlumat yayıb.

Planlara xüsusi təyinatlı qüvvələrin və adi piyadaların basqınları daxil ola bilər. Belə ki, Prezident Donald Trampın bu planlardan hər hansı birini təsdiqləyib-təsdiqləməyəcəyi hələlik məlum deyil.

Tramp administrasiyası İrandakı müharibənin beşinci həftəsinə qədəm qoyduğu bir vaxtda ABŞ dəniz piyadalarını Yaxın Şərqə göndərib və həmçinin ABŞ ordusunun 82-ci Hava-Desant Diviziyasından minlərlə əsgəri bölgəyə göndərməyi planlaşdırır.

Vurğulanıb ki, Pentaqon İranda məhdud quru əməliyyatları üçün variantları araşdırır. Bu əməliyyatlara tammiqyaslı işğal əvəzinə xüsusi təyinatlı qüvvələr və piyada qüvvələrinin hədəf reydləri daxildir.