28 mart 2026 21:21
109

Misir hökuməti yanacaq sərfiyyatını azaltmaq üçün iri layihələrin icrasını müvəqqəti ləngidir

Misir hökuməti yüksək həcmdə yanacaq və dizel sərfiyyatı tələb edən iri dövlət layihələrinin icra tempini azı iki ay müddətinə ləngidəcək.

“İki sahil” xəbər verir ki, bunu Baş nazir Mustafa Mədbuli bu gün deyib.

M.Mədbuli, həmçinin qeyd edib ki, bütün dövlət nəqliyyat vasitələri üçün yanacaq limitləri 30 faiz azaldılacaq.

Onun sözlərinə görə, əlavə tədbir kimi, xidmət və emal sənayesi sahələri istisna olmaqla, dövlət və özəl sektor əməkdaşları aprel ayı ərzində bazar günləri məsafədən işləyəcəklər. Yaxın Şərqdə cərəyan edən hadisələrin səbəb olduğu enerji təchizatındakı problemlər davam edərsə, bu qənaət tədbirlərinin müddəti uzadıla və ya həftə ərzində əlavə məsafədən iş rejimi tətbiq edilə bilər.