28 mart 2026 20:54
110

SEPAH: ABŞ-nin MQ9 PUA-sı və F-16 qırıcı təyyarəsi vurulub

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd – 4" əməliyyatının 85-ci dalğasını həyata keçirib.

“İki sahil” ISNA-ya istinadən xəbər verir ki, ABŞ və İsrailin sənaye obyektləri raket və pilotsuz uçuş aparatları (PUA) ilə atəşə tutulub.

"Bir neçə ağır sənaye obyektinə raket və PUA hücumları təşkil edərək onların bir hissəsini məhv etdik",- məlumatda bildirilib.

Qeyd olunub ki, ABŞ və İsrailin hərbi hava qüvvələri (HHQ) qırıcı təyyarə və dronlar vasitəsilə İranın hücumunun qarşısını almağa çalışıb: "Lakin SEPAH-ın hava hücumundan müdafiə sistemi Amerikanın bir ədəd MQ9 strateji PUA-sını Şiraz səmasında, F-16 qırıcısını isə Fars vilayətinin cənubunda vurub".

Bildirilib ki, qırıcı təyyarə Səudiyyə Ərəbistanındakı hava limanlarından birinə eniş etməzdən əvvəl məhv edilib.