İsrail-ABŞ-nin aviazərbələri nəticəsində İranda 93 mindən çox mülki obyekt zədələnib.
“İki sahil” xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Qızıl Aypara Cəmiyyətinin bəyanatına istinadən məlumat yayıb.
Onlardan 71 547-si yaşayış evləri, 20 779-u kommersiya obyektləridir. Təkcə Tehranda 31 562 yaşayış və kommersiya obyekti zədələnib.
Bundan başqa, 295 tibb müəssisəsinə və təcili yardım müəssisəsinə, eləcə də 600 məktəbə ziyan dəyib.
Rəsmilərin məlumatına görə, 94 təcili yardım maşını, həmçinin Qızıl Aypara və fövqəladə yardım xidmətlərinin 3 xilasetmə helikopteri zədələnib.