28 mart 2026 18:13
110

Ukrayna SEPAH-ın Dubayda antidron sistemləri anbarına zərbə endirməsi barədə bəyanatını təkzib edib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dubayda Ukraynanın antidron sistemləri anbarının məhv edilməsi barədə bəyanatı həqiqətə uyğun deyil.

“İki sahil” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə XİN-in nümayəndəsi Georgi Tixiy məlumat verib.

"Bu məlumatı rəsmi qaydada təkzib edirik", - o bildirib.

Qeyd edək ki, SEPAH içərisində 21 ukraynalının olduğu anbarın məhv edildiyini bildirib.