28 mart 2026 16:55
111

Bakıda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

Martın 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.

“İki sahil” xəbər verir ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb.

Bununla əlaqədar bu gün Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Şüvəlan qəsəbəsində subasma hadisəsi, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev isə Binəqədi ərazisində qəza baş verən əraziyə gəlib. İcra başçıları rayonun təsərrüfat qurumlarına yağışın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar veriblər.

Şəhər ərazisində digər belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir. Yağan yağışın fəsadlarının aidiyyəti qurumlar tərəfindən aradan qaldırılması istiqamətində işlər davam etdirilir.