28 mart 2026 12:24
101

Yüksək Liqada 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Azərbaycan Voleybol Federasiyasından “İki sahil”ə verilən məlumata görə, qarşılaşmalar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Günün ilk matçında, saat 15:00-da "Abşeron" ilə "Milli Aviasiya Akademiyası" komandaları münasibətləri aydınlaşdıracaqlar. Saat 17:00-da isə UNEC – "Gəncə" oyunu start götürəcək.

Xatırladaq ki, ötən gün bu raudun ilk görüşlərində "Azərreyl" "DH Volley"ə, "Murov Az Terminal" isə Turan"a 0:3 hesabı ilə uduzub. 1/4 final mərhələsinin cavab matçları aprelin 2-3-də keçiriləcək.