28 mart 2026 10:44
110

Millimiz Şimali İrlandiya ilə qarşılaşacaq

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan U-19 bu gün Şimali İrlandiya ilə qarşılaşacaq.

Matç Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xatırladaq ki, İlham Yadullayevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk görüşdə meydan sahibi Litvaya uduzub - 0:4.