28 mart 2026 09:51
131

ABL-də mövsümün sonuncu turu start götürür

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turu start götürür.

“İki sahil” xəbər verir ki, bu gün B qrupunda yer alan komandalar münasibətləri aydınlaşdıracaqlar.

Saat 15:00-da "Quba" kollektivi Quba Olimpiya Kompleksində "Naxçıvan"ı sınağa çəkəcək.

"Ordu" – "Lənkəran" və "Sərhədçi" – "Sumqayıt" duelləri isə "Sərhədçi" İdman Mərkəzində baş tutacaq. Bu qarşılaşmaların start fiti müvafiq olaraq saat 17:00 və 20:00-da səslənəcək.

Qeyd edək ki, 19 oyundan sonra "Ordu" 36 xalla B qrupunun liderdir. "Naxçıvan" (34 xal) ikinci, "Sərhədçi" (26 xal) üçüncü, "Sumqayıt" (26 xal) dördüncü, "Quba" (26 xal) beşinci, "Lənkəran" (23 xal) altıncıdır.